Bakıda restoranda aktrisa ilə dostlarının başına iş gəldi - 4 nəfər tutuldu - VİDEO

Aktrisa Üzel Kərimovanın ötən gün bayram qeyd etmək üçün getdiyi məkanların birində dava düşüb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, restoranda bir qrup şəxs Ü.Kərimovanın rəfiqəsinin ərinə hücum edərək ona xəsarətlər yetirib. Aktrisanın paylaşdığı videoda həmin şəxsin başından xəsarət aldığı və yerdə yıxılıb qaldığı görünür.
Əldə etdiyimiz məlumata görə, hadisə martın 18-i axşam saatlarında paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən restoranda baş verib.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü V.Osmanov, 1996-cı il təvəllüdlü K.Kazımlı, 1998-ci il təvəllüdlü F.Kazımlı və 1985-ci il təvəllüdlü E.Kazımov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.
Hazırda istintaq hərəkətləri davam etdirilir.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












