BakuBus-un sürücü ilə sərnişinlər arasında MÜBAHİSƏ - Səbəb AÇIQLANDI - VİDEO

"BakuBus" MMC-yə məxsus daha bir avtobusun sürücüsü ilə sərnişinlər arasında mübahisə düşüb.
Buna səbəb sürücünün avtobusu hərəkət etdirməməsi olub.
Sürücü avtobusun güzgüsünün sındığını, sərnişinlər isə tam əksini deyib.
Yaranmış vəziyyətlə bağlı "BakuBus" MMC-yə müraciət etdik və hadisənin təfərrüatını öyrəndik.
Şirkətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva BAKU.WS-ə bildirib ki, 3 fevral 2024-cü il tarixində "BakuBus" MMC-nin balansında olan 7A nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-527 dövlət qeydiyyat nişanlı avtobusda yüngül yol-nəqliyyat hadisəsi baş verib:
"Hadisə baş verən zaman nəqliyyat vasitəsini idarə edən sürücüsü Mehdiyev Aqil dərhal Monitorinq Mərkəzinə məlumat verib, müvafiq olaraq hadisə yerinə sığorta şirkətinin nümayəndələri dəvət olunub.
Sürücü qaydalara uyğun olaraq hadisə yerində sığorta şirkətinin gəlməsini gözləyib. Lakin bəzi sərnişinlər sürücüdən avtobusu hərəkət etdirməyi tələb edib, nəticədə sürücü və sərnişinlər arasında mübahisə yaranıb. Qeyd edək ki, hadisə zamanı sürücü bütün daxili prosedurlara uyğun hərəkət edib.
Sərnişinlərimizdən bu kimi hallarda sürücüyə qarşı anlayışlı olmalarını və təhlükəsizlik qaydalarına riayət edən sürücülərimizə dəstək göstərmələrini xahiş edirik".
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












