Banner

Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB

Hadisə 13 Noyabr 2026 15:44
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Əldə etdiyimiz məlumata görə, hadisə noyabrın 13-də baş verib. Həmin vaxt Abşeron rayonu ərazisində A.Hüseynli idarə etdiyi motosikletlə yeniyetmə piyadanı vurub. Hadisə nəticəsində xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib. Onun aldığı xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub.

Motosiklet sürücüsünün əməlinə hüquqi qiymət verilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi istiqamətində polis tərəfindən araşdırmalar davam etdirilir./qafqazinfo

***12:06

Ötən gün Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən "Qurtuluş 93" yaşayış kompleksində motosiklet məktəblini vurub.

Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, restoranda kuryer kimi çalışan şəxs idarə etdiyi motosikletlə binanın girişində məktəblini vurub.

Sözügedən videonu təqdim edirik:

Baku.tvhttps://baku.tv/embed/283868

 

 

Oxunub : 324
ŞƏRH YAZ
Ad

E-mail

Şərh