İçki iyinə görə avtobusdan düşməsi tələb edildi, şüşəni sındırdı - Məhkəmə qərarı

Abşeronda içkili halda sərnişin avtobusunun şüşəsini sındıran şəxslə bağlı məhkəmə qərar verib.
Avtosfer.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, 1984-cü ildə Beyləqan rayonunda anadan olmuş Xalid H. hadisəyə görə saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə protokol tərtib edilib. İş baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, Xalid H. hadisədən bir gün əvvəl, yəni 5 fevral 2025-ci il tarixdə həddindən artıq dərəcədə spirtli içki qəbul edib. 6 fevral 2025-ci il tarixdə, təxminən saat 09.00-10.00 radələrində Xırdalan dairəsindən hərəkət edən 515 nömrəli marşrut xəttinə aid avtobusa minib. O, spirtli içki qəbul etdiyindən ətrafda narahatçılığa səbəb olub, sürücü ondan avtobusu tərk etməsini tələb edib və onların arasında mübahisə yaranıb. Xalid əsəblərini cilovlaya bilməyərək, yumruqla avtobusun sağ yan şüşəsini vuraraq sındırıb.
O, əməlindən peşman olduğunu, baş vermiş hadisəni içkinin təsiri altında törətdiyini bildirərək, barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin qərarı ilə Xalid H. 75 manat cərimə edilib. O, məhkəmə zalından dərhal azad olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












