İnterpol genişmiqyaslı əməliyyat keçirib, 20 minə yaxın heyvan müsadirə edilib

Vəhşi heyvanlar və meşə resurslarının qanunsuz ticarətinə qarşı qlobal mübarizə əməliyyatı zamanı nəsli kəsilmək təhlükəsi altında olan və ya qanunla qorunan 20 minə yaxın heyvan müsadirə edilib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, "Thunder 2024" beynəlxalq əməliyyatında 138 ölkə və regiondan polis, gömrük, sərhəd nəzarəti, meşə və təbiəti mühafizə qurumları iştirak edib.
Əməliyyatı İnterpol və Ümumdünya Gömrük Təşkilatı (ÜGT) koordinasiya edib.
Vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya ilə qorunan heyvan və bitkilərin ticarəti ilə məşğul olan altı transmilli cinayətkar şəbəkə aşkar edilib.
Ümumilikdə 365 şübhəli şəxs həbs edilib. Müsadirə olunan heyvanlar arasında 12 min 427 quş, 5 877 tısbağa, 1 731 digər sürünən heyvan, 33 primat, 18 iri pişik və 12 panqolin var.
Bu növlərin bir çoxu qida, ehtimal edilən müalicəvi fayda və ya ev heyvanları kimi xüsusi bazar tələbatını ödəmək üçün qanunsuz daşınır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












