Keçmiş icra başçısının oğlunu öldürən şəxs azadlığa çıxmaq istəyir

Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilən Vüqar Əliyev vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Qaradağ rayon Məhkəməsində Vüqar Əliyevin ərizəsinə baxılıb.
Məhkəmə iş üzrə qərar qəbul edib və V.Əliyevin ərizəsi təmin edilməyib.
Qərardan narazı qalan Vüqar Əliyev apellyasiya şikayəti verib.
Şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin icraatına verilib.
Qeyd edək ki, 2003-cü ildə Şəmkirdə Vüqar Əliyev nişanlısı Lamiyə Quliyeva ilə birlikdə həmin vaxtı rayonun icra başçısı olan Aslan Aslanovun oğlu Ruslan Aslanovun öldürülməsində təqsirli bilinib.
Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
2021-ci ildə Prezident İlham Əliyevin əfv sərəncamı ilə Vüqar Əliyevin cəzası ömürlükdən 25 il azadlıqdan məhrum etmə ilə əvəzlənib.
Vüqar Əliyevin hazırda 3 il çəkilməmiş cəzası qalıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












