Məktəb avtobusu sürücüləri arasında 40-dan çox narkotik aludəçisi aşkarlanıb

Fransada məktəb avtobusu sürücülərinin narkotik və alkoqol testi zamanı 40-dan çox narkotikdən istifadə faktı aşkarlanıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Fransua Buffe “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Nəqliyyat naziri Filipp Tabaro və hüquq-mühafizə qüvvələrimizlə birlikdə məktəb avtobusu sürücülərinə nəzarət etmək üçün əməliyyat keçirdik. İki gün ərzində aparılan 8 mindən testdən 44-də narkotik, 5-də spirtli içki aşkarlanıb”, - o yazıb.
Qeyd olunur ki, sürücülərin yoxlanılması cümə gününə qədər davam edəcək. Yoxlamalar yanvarın 30-da 15 yaşlı şagirdin ölümü və 24 həmyaşıdının yaralanması ilə nəticələnən məktəb avtobusu qəzasından sonra başlayıb. Şəhərkənarı şose ilə hərəkət edən avtobus yoldan çıxaraq xəndəyə düşüb. İlkin məlumata görə, qəzanın günahkarı insidentdən sonra qanında kannabis istifadəsinin izləri aşkar edilən sürücüdür.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












