Məşhur aktyor qəfil vəfat etdi - FOTO

Türkiyəli aktyor Mustafa Başalan vəfat edib.
Avtosfer.az xəbər verir ki, bu barədə kədərli xəbəri Türkiyə Aktyorlar İttifaqı rəsmi İnstaqram hesabında yayıb.
Paylaşımda deyilir: "Dəyərli həmkarımız Mustafa Başalanı itirdik, çox üzüldük. Ailəsinə və bütün sevənlərinə başsağlığı veririk".
52 yaşında dünyasını dəyişən Mustafa Başalan Türkiyə televiziya və kino sənayesinin tanınmış simalarından biri olub. O, "Diriliş Ertuğrul", "Çukur", "Qassal" və "Son Gün" seriallarındakı rolları ilə tamaşaçıların yaddaşında qalıb.
Bundan başqa, aktyor "Siyah Kalp", "Sahipsizler", "Arka Sokaklar", "Bir Gece Masalı", "Deha", "Kızılcık Şerbeti", "Teşkilat", "Gönül Dağı", "Yasak Elma" və "Börü" kimi məşhur ekran işlərində də rol alıb.
Mustafa Başalanın ölüm səbəbi ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Qayda pozan piyadanın vecsizliyi sürücünün diqqətindən yayınmadı - VİDEO
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - VİDEO
Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
Xaçmazda quma batan maşını çıxarmağa gələn texnikalar da batdı - VİDEO
Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir - VİDEO
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü
EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı - ŞİKAYƏT
Masazır dairəsində sürücülər boş zolaqdan istifadə edib yolu kəsirlər - VİDEO












