Nişanlısı ilə restorana getdi, yatıb masada qaldı - Bakıda qəribə hadisə

Bakının Səbail rayonunda yerləşən “Salon pub” restoranında dava-dalaş salan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü L.Lazarev barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə açılmış işin materialları rayon məhkəməsinə göndərilib.
İstintaq zamanı məlum olub ki, L.Lazarev restoranda nişanlısının Aydın (adlar şərtidir) adlı tanışı ilə dalaşıb.
Barəsində cinayət işi açılmış şəxs hadisəni belə təsvir edib:
“Özümü qismən təqsirli bilirəm. Nişanlım Svetlana ilə “Salon pub”da oturan zaman bizə mənim əvvəldən tanımadığım Aydın adlı şəxs yaxınlaşdı. Biz onunla tanış olduq. Bir az sonra məlum oldu ki, Aydın və nişanlım Svetlana əvvəllər tanış olublar. Söhbət əsnasında çox sərxoş olduğum üçün masanın üzərində yatıb qalmışam. Svetlananın səsinə oyandım və Aydının onu narahat etdiyini gördüm. Aydından masadan durub uzaqlaşmağını istədim, lakin o, məni təhqir etdi. Bu zaman Aydının üzünə bir zərbə vurdum və zərbədən yıxıldı. Özümə gəldikdən sonra Svetlana ilə Aydını apararaq əl-üzünü yuduq”.
Zərərçəkmiş şəxs bildirib ki, hadisə vaxtı burnundan xəsarət alıb.
Səbail Rayon Məhkəməsi L.Lazarevi xuliqanlıq əməlində təqsirli hesab edərək 3 min manat cərimə edib.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












