Azərbaycanda zavodda güclü partlayış oldu - Hadisə yerindən görüntülər

Sumqayıtda sənaye müəssisələrindən birində partlayış qeydə alınıb.
Avtosfer.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə şəhərin Tuq Zavod qəsəbəsində fəaliyyət göstərən "Metaltexnoloji" MMC-nin ərazisində baş verib.
Partlayışdan sonra zavodda yanğın başlayıb. Alovun söndürülməsi və hadisənin qarşısının alınması üçün əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Qeyd edək ki, "Metaltexnoloji" MMC 2009-cu ildə əlvan və qara metal istehsalı müəssisəsi kimi yaradılıb. Zavodda 2019-cu ildən istehsal sahələrinin modernləşdirilməsi və qara metallurgiya üzrə yeni kompleksin qurulması istiqamətində işlər aparılıb. Müəssisə 2022-ci ildən "Metaltechnology" MMC adı ilə fəaliyyət göstərir.
Məlumatda şirkətin iş adamı Hafiz Seyidova məxsus olduğu bildirilir.
Qayda pozan piyadanın vecsizliyi sürücünün diqqətindən yayınmadı - VİDEO
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - VİDEO
Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
Xaçmazda quma batan maşını çıxarmağa gələn texnikalar da batdı - VİDEO
Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir - VİDEO
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü
EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı - ŞİKAYƏT
Masazır dairəsində sürücülər boş zolaqdan istifadə edib yolu kəsirlər - VİDEO












