QHT sədrinin qızını maşın vurub öldürdü - FOTO - YENİLƏNİB

Bakıda iki piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, hadisələrdən biri ötən gün saat 05 radələrində Xəzər rayonu Qala-Pirallahı yolunda qeydə alınıb.
Belə ki, Ənvər Əliyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə İlhamə Əliyar qızı Ağayevanı vurub.
Ağır xəsarətlər alan qadın vəfat edib.
Oxşar hadisə dünən saat 12 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi Zuğulba şosesində də qeydə alınıb.
Samid İslamov idarə etdiyi “Kia Sorento” markalı avtomobillə İsmayılova Zöhrə Faiq qızını vurub. Piyada hadisə yerində vəfat edib.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
***
Teleqraf.com-un məlumatına görə, vəfat edən Zöhrə İsmayılova "İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı" İctimai Birliyinin sədri Faiq İsmayılovun qızıdır. O, 4 nömrəli xüsusi internat məktəbində müəllim işləyirmiş. Hadisə Z.İsmayılova işə getmək üçün avtobus dayanacağına keçmək istəyərkən baş verib. Mərhumun 3 övladı qalıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












