Saxlanılan gəmi heyətimizin ailələri narahatdır - 4 ay olacaq... - VİDEO

Dörd aya yaxındır Eritreya sularında saxlanılan üç gəmimiz və onların ekipaj üzvlərindən ailələri narahatdırlar.
Avtosfer.az xəbər verir ki, yaxınlarının sözlərinə görə, 2 həftəyə yaxındır onlardan, ümumiyyətlə, məlumat ala bilmirlər. Gəmidəki vətəndaşlarımızın qardaşları, ataları, qayınataları qeyd edirlər ki, qohumları uzun illərdir bu sahəbə fəaliyyət göstərir, amma belə hadisə ilk dəfədir ki, başlarına gəlir.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən bildirilib ki, problemlə əlaqədar danışıqlar aparılır, nəticəsinə uyğun olaraq məlumat veriləcək.
Gəmilərin məxsus olduğu “Caspian Marine Services” şirkətinin Azərbaycandakı nümayəndəliyindən isə deyilib ki, Eritreya ərazisində saxlanmış gəmilərin yoxlama prosesi hələ də davam etdirilir. Vurğulanıb ki, aparılan danışıqların nəticəsi olaraq gəmilər daha geniş əraziyə malik limana gətirilib, heyət gəmidən düşərək sərbəst gəzinti zonalarında vaxt keçirmək imkanları ilə təmin edilib. Rabitə və kommunikasiya problemi öz həlini tapmasa da, hüquq şirkətinin nümayəndəsi gəmi heyətinin vəziyyəti ilə gündəlik maraqlanır, onların tələbatlarının qarşılanmasını, xüsusən ərzaq təchizatının vaxtında və tam həcmdə təmin olunmasına köməklik edir.
Daha ətraflı videoda:
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












