Tanınmış aktrisa 46 yaşında VƏFAT ETDİ - FOTO

Tanınmış rusiyalı aktrisa Anna Şerlinq 46 yaşında dünyasını dəyişib.
Avtosfer.az xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, aktrisa sentyabrın 16-da vəfat edib.
Anna Şerlinqin vəfat etdiyini atası, teatr rejissoru və xoreoqraf Yuri Şerlinq də təsdiqləyib.
Məlumata görə, aktrisanın ölümünə səbəb uzun müddət davam edən xəstəlik olub.
Qeyd edək ki, Anna Şerlinq 1 iyun 1980-ci ildə Moskvada yaradıcı ailədə anadan olub. Onun atası teatr rejissoru və xoreoqraf Yuri Şerlinq, anası isə aktrisa Tamara Akulovadır. Anna altı yaşında olarkən valideynləri boşanıblar.
Aktrisanın kinoda debütü 2003-cü ildə rejissor Elyor İşmuxamedovun "Ангел на дорогах" serialı ilə baş tutub. O, ekran işində Şuroçka obrazını canlandırıb. Layihədə əsas qadın rolunu isə Anna Şerlinqin anası Tamara Akulova ifa edib.
Aktrisanın filmoqrafiyasına müxtəlif janrlarda 20-dən çox ekran işi daxildir. O, melodram, komediya, detektiv və ailə filmlərində rol alıb.
Anna Şerlinqin rol aldığı ekran işləri arasında "Бабий бунт, или Война в Новосёлково", "Любопытная Варвара-3", "Папины дочки" və "След" kimi layihələr yer alır.
Anna Şerlinqin 46 yaşında vəfat etməsi Rusiya kino və televiziya ictimaiyyətində kədər doğurub./nocomment.az

Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












