Tanınmış aktyor VƏFAT ETDİ - FOTO

Rusiyanın tanınmış aktyoru və klounu Sergey Maksimov 81 yaşında vəfat edib.
Avtosfer.az xəbər verir ki, sənətçi avqustun 29-da səhər saatlarında dünyasını dəyişib.
Onun vəfat etdiyini həyat yoldaşı təsdiqləyib.
Sergey Maksimov ictimaiyyətə daha çox “Maks Maksimov” səhnə adı ilə tanınırdı. O, “Ayın qaranlıq tərəfi” serialında və “Brilyant ovçuları” filmindəki rolları ilə geniş auditoriyanın yaddaşında qalıb.
1946-cı il avqustun 5-də Moskvada anadan olan Maksimov Rusiya Teatr Sənətləri İnstitutunda (GİTİS) rejissorluq üzrə təhsil alıb.
Sənətçi uzun illər ərzində Soyuzqosirkdə çalışıb. Onun yaradıcılıq fəaliyyəti yalnız aktyorluqla məhdudlaşmayıb. Maksimov kloun və akrobat kimi də səhnəyə çıxıb.
O, müxtəlif illərdə “Üçüncü Dünya”, “Delfin” və digər ekran əsərlərində rol alıb.
Sergey Maksimovun vəfatı Rusiya səhnə və kino ictimaiyyətində kədər hissi ilə qarşılanıb/nocomment.az

Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












