Toydan çıxan müəllimi avtomobil vurdu - YENİLƏNİB

Lənkəranda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.
O bildirib ki, sözügedən yol-nəqliyyat hadisəsi zamanı piyada yolun kənarı ilə hərəkət edirdi:
"VAZ-2107 markalı avtomobilin sürücüsü yolun kənarı ilə hərəkət edən piyadanı vurub. Hadisə nəticəsində piyada yüngül xəsarət alıb. Ona yerindəcə ilkin tibbi yardım edilib, daha sonra avtomobilin sürücüsü piyadanı xəstəxanaya çatdırıb".
***
09:12
Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran rayonunun Darquba kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan nəqliyyat vasitəsi toydan çıxıb yolu əks istiqamətə keçmək istəyən Lənkəran rayonunun Ləj kənd sakini 1977-ci il təvəllüdlü Akşin Böyükağa oğlu Əliyevi vurub.
A.Əliyev dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Ona zəruri ilkin tibbi yardım göstərildikdən sonra, vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, Akşin Əliyev Ləj kənd məktəbində tarix müəllimi işləyir.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












