Türk iş adamının Azərbaycandan çıxışına "stop" qoyuldu - 270 minlik borc

Türkiyəli iş adamının Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.
Avtosfer.az xəbər verir ki, "Star Public Transport" şirkətinin rəhbəri Selim Evsenin Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 271.865,67 manat vergi borcu yaranıb.
İdarə tərəfindən sözügedən borcun 5 gün ərzində ödənilməsi üçün "Star Publik Transport" Məhdud Məsuliyyətli Cəmiyyətinə xəbərdarlıq edilsə də, türkiyəli iş adamı tərəfindən icra edilməyib.
Nəticədə şirkətin qanuni təmsilçisi Selim Evsenin barəsində məhkəməyə müraciət edilib. Məhkəmənin qərarı ilə 1967-ci ildə Türkiyə Respublikasında anadan olmuş Selimin Evsenin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, Selim Evsen Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvüdür. Şirkət Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olur (Qaynarinfo).
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












