Üzərində üst paltarı olmayan körpə sürünərək maşın yoluna çıxdı - FOTO - VİDEO

Rusiyanın Moskva vilayətində qəribə hadisə baş verib. Üzərində üst paltarı olmayan körpə sürünərək maşın yoluna çıxıb.
Bu barədə Avtosfer.az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə Staro-Ryazanskoye yolunun Stanovoye kəndi yaxınlığında baş verib. Avtomobili ilə hərəkətdə olan sürücü yolun kənarında sürünən uşaq görüb.
Körpənin nənəsi tərəfindən baxılan 11 aylıq qız uşağı olduğu məlum olub. 10 dəqiqə sonra qızcığazın nənəsi kişiyə yaxınlaşıb, lakin o, uşağı nənəsinə verməyib, polisi gözləyib. Bildirilir ki, bir müddət sonra qızcığazın anası sürücüyə zəng edib və uşağı xilas etdiyinə, həmçinin nənəsinə vermədiyinə görə təşəkkür edib.
Körpə xəstəxanaya yerləşdirilib. Həkimlər ona bütün lazımi köməklik göstəriblər və hazırda uşağın vəziyyəti yaxşıdır.
Hadisə ilə bağlı uşaqların təhlükə altına atılması və onlara qarşı sərt rəftar faktı üzrə cinayət işi açılıb.(oxu.az)

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












