Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı

Quba rayon Mərkəzi Xəstəxanasının ərazisində xəsarətlə nəticələnən hadisə baş verib.
Avtosfer.az “Shimal.news”a istinadən xəbər verir ki, kardioloq Cabir Məmmədovu avtomobil vurub. Həkimlər ona dərhal tibbi yardım göstəriblər. Onun baş nahiyəsindən xəsarət aldığı və Reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilib.
İnsident polis əməkdaşları tərəfindən araşdırılan zaman C.Məmmədov hadisəni törədən şəxs barəsində şikayətçi olmadığını söyləyib.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, hadisə yanvarın 15-i saat 18:00 radələrində qeydə alınıb: “Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 1 nəfər (kişi cinsli) Quba rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
1950-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sol alın nahiyəsinin sıyrılmış yarası diaqnozu təyin edilib.
Hazırda xəstəxananın müvafiq şöbəsində müalicəsi davam etdirilən yaralının vəziyyəti stabil qiymətləndirilir”.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












