Yuduğu maşını qaçırıb qəza törətdi: Digər cinayətinin də üstü açıldı

Soyğunçuluq və talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirməkdə təqsirləndirilən Əkrəm Bayramovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla həm nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib, həm də özgənin əmlakını açıq talamaqla soyğunçuluq edib.
Müəyyən edilib ki, Əkrəm Bayramov 05 avqust 2025-ci il tarixdə günorta saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqəsində təmizlənməsi üçün saxlanılan zərərçəkmiş S.S.-ə məxsus "Hyundai Elantra" markalı avtomobilin açarlarını məntəqənin girişində yerləşən qutudan götürərək nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirib. Sürücülük hüququ olmadan avtomobili idarə edən təqsirləndirilən şəxs həmin gün saat 15 radələrində Bakı şəhərinin Suraxanı rayonu ərazisində hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı dəmir boruya çırpılıb.
Hadisə nəticəsində maşına ciddi ziyan dəyib və zərərçəkmiş şəxsə 6 441 manat məbləğində maddi zərər vurulub.
Əkrəm Bayramov talama məqsədi olmadan avtomobili qanunsuz olaraq ələ keçirməkdə (qaçırmaqda) ittiham olunub.
İstintaqla həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs 01 oktyabr 2025-ci il tarixdə saat 13 radələrində Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospekti 89 ünvanında yerləşən "8-ci kilometr" bazarında digər cinayət əməlini törədib.
Belə ki, Əkrəm Bayramov mobil telefon aksesuarlarının satışı ilə məşğul olan mağazanın qarşısında yerləşən piştaxtadan "Xiomi Redmi 12" markalı mobil telefonu götürərək hadisə yerindən qaçıb.
Bu əməl nəticəsində zərərçəkmiş şəxsə 400 manat məbləğində maddi ziyan vurulub və təqsirləndirilən şəxsin hərəkətləri soyğunçuluq kimi qiymətləndirilib.
Toplanmış sübutlar əsasında Əkrəm Bayramov əməli Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) və 185.2.4-cü (talama məqsədi olmadan nəqliyyat vasitəsini qanunsuz ələ keçirmə) maddələri ilə tövsif edilib.
Məhkəmə istintaqı zamanı o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Əkrəm Bayramov ifadəsində hadisələrin ittiham aktında göstərildiyi kimi baş verdiyini təsdiqləyib.
Təqsirləndirilən şəxs hazırda dəymiş zərəri ödəmək üçün maddi imkanının olmadığını, törətdiyi əməllərdən peşmançılığını bildirib və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini istəyib.
Ətrafı çirkləndirən "Ford" sürücüsünə DYP-dən REAKSİYA - VİDEO
Piyadalar yola atıldı, sürücü son anda təhlükədən yayındı - VİDEO
Yolun ortasını səkiyə çevirən piyada avtomobillərə məhəl qoymadı - VİDEO
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə NAZİRLİKDƏN REAKSİYA - VİDEO
Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO - YENİLƏNİB
Bakıda maşında qadın DÖYÜLDÜ
Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO
Taksidə söyüş söyüb pulu ödəmədən getdilər - BAKIDA - VİDEO
Xırdalanda “Hyundai” yandı - VİDEO
Paytaxtda dəhşətli qəza: ÖLƏN VAR
Bakıda yaşayış binasında yanğın olub - VİDEO










