“TikTok”dakı videonu təkrarlayan uşaq reanimasiyaya yerləşdirildi

Hörmətli oxucu haqlı görünən belə bir sual verə bilər: axı 5000 kilometr uzaqda bir uşağın etdiyi hərəkətin bizə nə aidiyyatı var? İlk baxışda haqlı iraddır, amma məsələnin başqa tərəfi də var.
Sosial şəbəkələr və videoplatformalar hüquqi baxımdan bir ölkəyə aid olsa da, məzmun beynəlxalqdır. Oyun və proqramlardan dinindən, yaşından, ölkəsindən asılı olmayaraq hamı istifadə edir. Bu gün fransız valideynin yaşadığı iztirabı azərbaycanlı ana da yaşaya bilər. Parisli uşağın hərəkətini bakılı məktəblinin təkrarlamayacağına heç kim zəmanət vermir. Lakin valideynləri xəbərdar edərək azı bir faciənin qarşısını alsaq, ciddi bir iş görmüş olarıq.
Avtosfer.az xəbər verir ki, hadisə Parisdəki ticarət mərkəzlərinin birində baş verib. 11 yaşlı uşaq “TikTok”da gördüyü videonu təkrarlamaq üçün dörd metr hündürlükdən tullanıb. Eskalatorun üzərinə yıxılan uşaq ciddi travma alıb və bir neçə sümüyü sınıb. Hadisə məktəblinin nənəsinin gözü qarşısında baş verib.
Ötən gün reanimasiyaya yerləşdirilən uşağın vəziyyəti ağırdır. Bu da bir daha göstərir ki, telefondan nəzarətsiz istifadə hansı faciələrə gətirib çıxarır.
Vüqar
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir
"Telegram"ın qurucusu Hüseyn Həsənovla "Buggy" sürdü - VİDEO
Kanadada sürücülərin sürətini azaltmaq üçün yollara saxta çuxurlar çəkilir – FOTO












