Xankəndidə “Range Rover” qalmaqalı: Sürücü həbs edildi

Xankəndi şəhərinin giriş postunun suyunu kəsən sahibkar həbs edilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Şuşa şəhər sakini, 1978-ci il təvəllüdlü Həsən Əsədov (ad və soyad şərtidir) 10-OL-016 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilində beş nəfər ailə üzvü ilə Şuşadan Xankəndi şəhərinə gedib.
Girişdəki postda yoxlanılarkən məlum olub ki, avtomobildəki iki nəfərin şəhərə giriş icazəsi yoxdur. Bu səbəbdən polis əməkdaşları onların Xankəndi şəhərinə girişinə icazə verməyiblər.
Bundan əsəbiləşən avtomobil sahibi Xankəndi şəhərinə gedərək, icarə əsasında işlətdiyi hotelin həyətindən polis postuna gələn su xəttini bağlayıb. Nəticədə Xankəndi şəhərinin girişindəki post 24 saat susuz qalıb.
Faktla bağlı protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Xankəndi Şəhər Məhkəməsinin qərarı ilə sahibkar dörd sutka müddətinə inzibati qaydada həbs edilib.
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO











