Aktrisa ''Günəşli İnşaat'' şirkətinin onu aldatdığını iddia edir - VİDEO

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Gülçöhrə Abdullayeva tikinti şirkəti tərəfindən aldadıldığını iddia edir. Onun sözlərinə görə, güzəştli şərtlərlə ev təklif edən şirkətə pul ödəsə də, illərdir nə ev var, nə də ödədiyi məbləğ geri qaytarılır. İddiaya görə, şirkət ofisini də bağlayıb.
Avtosfer.az xəbər verir ki, Gülçöhrə Abdullayevanın sözlərinə əsasən, sosial şəbəkədə gördüyü elan onun diqqətini çəkib və bu səbəbdən ''Günəşli İnşaat'' şirkətinin Hövsan qəsəbəsində yerləşən ofisinə üz tutub.
Aktrisanın iddiasına görə, şirkətin rəhbəri Firutan Məmmədovla görüşüb və 27 min 600 manata başa gələcək ev üçün, 2020-ci ildə ilkin ödəniş edərək müqavilə bağlayıb. Qalan məbləği isə aylığa bölüblər ki, bu da 36 ayda ödəniləcəkdi.
Aktrisa bildirir ki, şirkətə hər ay gücü çatan qədər ödəniş edib. Bir müddət sonra ona bildirilib ki, pandemiya olduğundan tikinti dayandırılıb. Amma buna baxmayaraq Gülçöhrə Abdullayeva aylıq ödənişi davam etdirdiyini deyir.
Məsələyə münasibət öyrənmək üçün adı çəkilən şirkətin rəhbəri Firutan Məmmədov bildirdi ki, qadın aylıq ödənişi dayandırdığı üçün tikinti yarımçıq qalıb. ''Ödənişləri bərpa etsin, evi tamamlayaq və təhvil veriləcək'',- deyə-Firutan Məmmədov bildirdi.
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq












