“Azərpoçt” məktəbliləri mükafatlandırdı - FOTOLAR

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqı (ÜPİ) vasitəsilə kommunikasiya edilən 54-cü Beynəlxalq Məktub Yazısı Müsabiqəsini təşkil edib.
Avtosfer.az xəbər verir ki, Beynəlxalq Dəniz Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) təqdim etdiyi mövzu 2025-ci ilin iyun ayında keçiriləcək BMT-nin Okean Konfransına həsr olunub və “Təsəvvür edin ki, siz okeansınız. Birinə məktub yazın ki, niyə və necə sizə yaxşı baxmalıdırlar” məzmununda müəyyən edilib.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlər arasında ekoloji düşüncə tərzinin formalaşdırılması, yaradıcı və yazılı ifadə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də onları qlobal ekoloji problemlərə dair şəxsi baxışlarını ifadə etməyə təşviq etməkdir. Belə ki, “Azərpoçt” tərəfindən keçirilən müsabiqədə 9-16 yaşlı, ingilis dilində təhsil alan şagirdlər iştirak ediblər. Mövzu üzrə 60-a yaxın məktəbli müsabiqəyə qoşulub. Təqdim olunan inşalar peşəkar ingilis dili müəllimləri tərəfindən yoxlanılıb. Müsabiqənin şərtlərinə əsasən, hər ölkə ingilis dilində bir inşa təqdim etməli idi. Beləliklə, ən yaxşı nəticə göstərən 5-ci sinif şagirdi Aliyə Hüseynzadənin inşası ÜPİ-nin İsveçrənin Bern şəhərində yerləşən mərkəzi ofisinə göndərilib.
Tədbirdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev qeyd edib: “Bu təşəbbüs məktəblilər arasında ekoloji şüurun, yaradıcı təfəkkürün və qlobal məsələlərə marağın inkişafına töhfə verməklə yanaşı, onların beynəlxalq səviyyədə özlərini ifadə etmələri üçün platforma yaradır. Azərbaycanlı şagirdlərin bu müsabiqəyə həvəslə yanaşması gələcəkdə ətraf mühitə qarşı məsuliyyətlə yanaşan həssas vətəndaşlarımızın yetişməsindən xəbər verir”.
Tədbirin qonaqlarından olan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov şagirdlərlə ünsiyyət zamanı daima mütaliə etməklə özünüinkişafın vacibliyini vurğulayıb.
Qeyd edək ki, digər şagirdlərin də ölkə daxilində qiymətləndirilməsi “Azərpoçt” tərəfindən həyata keçirilib. Ölkə üzrə 1-ci, 2-ci və 3-cü yerləri tutan şagirdlər, eləcə də qalan bütün iştirakçılar xüsusi hədiyyələr və sertifikatlarla təltif olunublar.

.jpeg)


Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq












