Banner

Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!

Xəbərlər 25 Oktyabr 2026 10:22
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
WhatsApp kanalımıza abunə olun

İctimai iaşə müəssisələrinin real dövriyyəsi 200 min manatı keçsə də, POS-terminal vasitəsilə qəbul edilən ödənişlərə 0,5 əmsal tətbiq edilməsi onların ƏDV qeydiyyatına alınmamasına səbəb ola bilər.

Avtosfer.az xəbər verir ki, bu halda həmin müəssisələrin təsisçilərinin və səhmdarlarının əldə etdikləri dividend gəlirlərinin vergidən azad edilib-edilməməsi məsələsi gündəmə gəlir.

Vergi Məcəlləsinin 102.1.22-1-ci maddəsinə əsasən, müəyyən şərtlərə cavab verən, ƏDV məqsədləri üçün qeydiyyata alınmayan və ardıcıl 12 aylıq dövrdə əməliyyatlarının həcmi 200 min manatadək olan rezident müəssisələrin təsisçisi və ya səhmdarı olan fiziki şəxslərin dividend gəlirləri vergidən azaddır. Məcəllənin 106.10-cu maddəsi də eyni şərtlərlə həmin müəssisələrin təsisçisi və ya səhmdarı olan hüquqi şəxslərin dividend gəlirlərinin vergidən azad edilməsini nəzərdə tutur. 

Vergi Məcəlləsinin 155.1-1-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərdən formalaşan dövriyyəyə 0,5 əmsal tətbiq olunur.

Məsələn, “AA” müəssisəsinin ardıcıl 12 aylıq dövr ərzində real dövriyyəsi 230 min manat təşkil edib. Bunun 150 min manatı POS-terminal vasitəsilə, 80 min manatı isə nağd qaydada əldə olunub. Bu zaman POS-terminal dövriyyəsinə 0,5 əmsal tətbiq edilir və 150 min manat 75 min manat kimi nəzərə alınır. Beləliklə, ƏDV məqsədləri üçün müəssisənin dövriyyəsi 155 min manat hesablanır.

Bəs real dövriyyəsi 200 min manatı keçən belə müəssisələrdən əldə olunan dividend gəlirləri vergidən azad edilirmi?

Qeyd olunan yanaşmaya görə, POS-terminal vasitəsilə aparılan ödənişlərə 0,5 əmsalın tətbiqi ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların həcminin müəyyənləşdirilməsi ilə bağlıdır. Bu qayda ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicilərinin sadələşdirilmiş vergi rejimindən istifadə imkanlarının və müvafiq vergi dərəcəsinin tətbiqinin müəyyənləşdirilməsi məqsədi daşıyır.

Dividend gəlirlərinin vergidən azad olunması məsələsində isə bu əmsalın tətbiqi nəzərdə tutulmur. Buna görə də müəssisənin dividend vergisi ilə bağlı vəziyyəti qiymətləndirilərkən onun real dövriyyəsi əsas götürülür. Real dövriyyə 200 min manatı keçdiyi halda, yalnız POS-terminal ödənişlərinə tətbiq edilən əmsal hesabına dövriyyənin aşağı görünməsi dividend gəlirlərinə vergi güzəştinin tətbiqi üçün əsas sayılmır.

Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 5 faiz dərəcə ilə vergi tutulur. Beləliklə, təqdim olunan izaha görə, real dövriyyəsi 200 min manatı keçən müəssisənin dividend gəlirləri müvafiq vergi güzəştinə aid edilmədikdə 5 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Oxunub : 264
ŞƏRH YAZ
Ad

E-mail

Şərh