Xəzər geri çəkilir: Dağıstanın ərazisi minlərlə kvadratkilometr artdı

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi Dağıstan Respublikasının sahil xəttində ciddi dəyişikliklərə səbəb olub. Nəticədə regionun faktiki quru sahəsinin 2-3 min kvadratkilometr artdığı bildirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə coğrafiya elmləri namizədi, geoloq İdris İdrisov “RİA Novosti”yə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, dənizin geri çəkilməsi nəticəsində əvvəllər su ilə əhatə olunan bəzi adalar materiklə birləşib, yeni quru sahələri meydana çıxıb.
Geoloq bildirib ki, Yaiçnı, Çeçen, Piçujonok, Bazar və Pıriqunki adaları artıq quru ərazi ilə birləşib. Bu səbəbdən həmin ərazilərə avtomobillə getmək də mümkün olub.
İdrisovun qiymətləndirməsinə görə, Dağıstanın faktiki quru sahəsi əvvəlki 50,3 min kvadratkilometrdən təxminən 52-53 min kvadratkilometrə yüksəlib. Bununla belə, söhbət regionun inzibati sərhədlərinin dəyişməsindən deyil, Xəzər dənizinin səviyyəsinin enməsi nəticəsində sahil xəttinin dəyişməsindən gedir.
Mütəxəssis qeyd edib ki, Dağıstanın quru sahəsinin dəqiq ölçüsünü müəyyənləşdirmək üçün sahilyanı ərazilərin yeni topoqrafik xəritələri hazırlanmalıdır. Bu xəritələr suyun çəkilməsi nəticəsində yaranan dəyişiklikləri daha dəqiq qeydə almağa imkan verəcək.
Dəyişikliklər Qızılyar körfəzində də müşahidə olunur. Təxminən 63 hektar sahəsi olan Nordovı adasının gələcəkdə materiklə birləşə biləcəyi ehtimal edilir. İdrisovun fikrincə, Xəzərin səviyyəsi bir metrdən az aşağı düşərsə, ada quru ərazi ilə tam birləşə bilər. Ərazi dəniz quşlarının böyük yuvalama koloniyalarına ev sahibliyi etməsi ilə də seçilir.
Qeyd edək ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi təkcə sahil xəttinin dəyişməsi ilə məhdudlaşmır. Suyun çəkilməsi sahilyanı ərazilərin təbii şəraitinə təsir göstərir, yerli ekosistemlər üçün risklər yaradır və dənizin dayazlaşması ilə bağlı ekoloji narahatlıqları artırır.
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?












