Banner

Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO

Qəzalar 25 Oktyabr 2026 09:51
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Sürücü “Chery Tiggo” markalı avtomobili park edərkən nəqliyyat vasitəsi yol səviyyəsindən aşağıda yerləşən səkiyə düşərək aşıb.

Hadisə zamanı ərazidən piyadaların keçməməsi daha ağır nəticələrin qarşısını alıb.

Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

bax.tvhttps://player.bax.tv/embed/228163.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

 

 

Oxunub : 170
ŞƏRH YAZ
Ad

E-mail

Şərh