Emin Ağalarovdan Bayılda yaşayanlara MÜJDƏ

"Formula 1" üzrə Azərbaycan Qran-Prisinin yeri yaxın gələcəkdə dəyişdiriləcək. Bu, Xəzər dənizi sahilində, "Sea Breeze" kurortu çərçivəsində alov formasında, sahəsi 200 hektar olan süni adanın yaradılmasından sonra reallaşacaq. Layihə çərçivəsində "Formula 1" yarışının Bakının mərkəzindən həmin əraziyə köçürülməsi nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, bu barədə "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov "RİA Novosti"-yə açıqlamasında məlumat verib.
O, “Fire Island” adasında yeni “Formula1” trasının 2031-ci ildə istifadəyə verilə biləcəyini diqqətə çatdırıb.
Ağalarovun sözlərinə görə, layihənin ümumi dəyəri 15–16 milyard dollar təşkil edə bilər:
"Adanın yaradılması təxminən 1 milyard dollara başa gələcək, onun üzərində daşınmaz əmlak tikintisi isə sıxlıq və kvadratmetrlərin sayından asılı olaraq əlavə 10–15 milyard dollar tələb edəcək".
Bakının hər il mərkəzində keçirilən bu yarışa görə əsas yollar bağlanırdı. Bu da vətəndaşların, xüsusən şəhərin cənub istiqamətində olanların gediş-gəlişini çətinləşdirirdi. Bəs adada trasın istifadəyə verilməsindən sonra vəziyyət dəyişəcəkmi?
Nəqliyyat eksperti Rauf Ağamirzəyev musavat.com-a açıqlamasında bildirib ki, 10 ildir ki, "Formula 1" treki keçirilir və bu da Bakıda müəyyən məhdudlaşdırmalara səbəb olur:
"Formula 1"in keçirilməsindən bir ay öncə və sonrakı tarixlərdə müəyyən qurğuların qurulması və onların demontaj olunmasına ehtiyac olur. Bu isə paytaxtda hərkətin sıxlığına səbəb olur. Əgər paytaxtdan kənarda, məsələn, "Sea Breeze" ərazisində təşkil edəcəklərsə, bu, müsbət təsir edəcək. Ən azından paytaxt daxilində bu məhdudlaşdırmalara ehtiyac qalmaz və şəhər öz həyatına davam edər.
"Sea Breeze" lokal bir ərazidir, aeroporta birbaşa bağlantısı olan yolları var, həm də paytaxtın mərkəzi ilə avtobus və dəmir yolu üzərindən birbaşa əlaqəlidir. Kim getmək istəsə, adi qaydada iştirak edə bilər. Süni adalarda da maraqlı bir treyk olacaq.
Paytaxtın gələcəkdə çox mərkəzli olması lazımdır. Hər şeyi şəhərin mərkəzinə cəmləmək yox, eyni zamada kənarlarda da təşkil etmək olar. Bu, öz müsbət təsirini göstərəcək”.
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq












