Qaqik Xaçatryan SAXLANILDI - YENİLƏNİB

Xəbərlər 1 Sentyabr 2026 14:23
Qaqik Xaçatryan SAXLANILDI   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sabiq rəhbəri və keçmiş maliyyə naziri Qaqik Xaçatryan saxlanılıb və hazırda ölkənin İstintaq Komitəsindədir.

Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistanın kütləvi informasiya vasitələri məlumat yayıb.

Gözlənilir ki, elə bu gün onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim olunacaq.

***13:33

Ermənistanın İstintaq Komitəsi xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması halları ilə bağlı başlanmış cinayət işi üzrə növbəti əməliyyat tədbirləri həyata keçirib.

Avtosfer.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bu çərçivədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sabiq rəhbəri Qaqik Xaçatryanın, onun oğlunun yaşayış yerlərində, eləcə də onlara aidiyyəti olan təxminən 21 şirkətin ofis və şöbələrində təxirəsalınmaz istintaq-prosessual addımlar atılıb.

Bildirilib ki, aparılan cinayət araşdırması daxilində Qaqik Xaçatryanın məhkəmə qarşısına çıxarılması məqsədilə onun saxlanılmasına dair qərar çıxarılıb.

Oxunub : 136
ŞƏRH YAZ
Ad

E-mail

Şərh