Kür çayı daşır: Meşələr su altında qalıb, əkin sahələri təhlükə ilə üz-üzədir - FOTO

Kür çayında suyun səviyyəsinin yüksəlməsi Sabirabad və Salyan rayonlarında narahatlıq yaradıb. Çayın sahilboyu ərazilərə daşması nəticəsində bəzi meşəlik sahələr su altında qalıb.
Avtosfer.az xəbər verir ki, Oxu.Az-a məlumat verən sakinlərin sözlərinə görə, suyun səviyyəsinin yüksəlməsi, xüsusilə, Sabirabad rayonunun Poladtuğay kəndi ərazisində müşahidə olunur.
Bildirilib ki, sahilboyu tuqay meşələrinin bir hissəsi artıq su altında qalıb, əkin sahələri isə ciddi təhlükə ilə üz-üzədir. Sakinlərin sözlərinə görə, suyun səviyyəsi hər gün 5-10 santimetr yüksəlir. Bəzi ərazilərdə isə artım 1,5 metrə çatıb.
Əkin sahələrini qorumaq məqsədilə sakinlər torpaqla doldurulmuş kisələrdən istifadə edirlər. Onlar suyun səviyyəsinin bu sürətlə yüksəlməyə davam edəcəyi təqdirdə əkin sahələrinin də su altında qalacağından ehtiyat edirlər.
Məsələ ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Azadkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, mövcud vəziyyət nəzarətdə saxlanılır. Əraziyə baxış keçirilib və hazırda yaşayış məntəqələri üçün təhlükə qeydə alınmayıb. Ehtiyac olan ərazilərdə bəndlərin möhkəmləndirilməsi işləri aparılır.
Qeyd edək ki, Kür çayında suyun səviyyəsinin yüksəlməsi Salyan rayonunda da müşahidə olunur. Çayın məcrasından çıxması nəticəsində tuqay meşələrinin bir hissəsi su altında qalıb.
Elektrovozun qarşısına çıxan kişi ÖLDÜ - FOTOLAR
Oğurluq edən keçmiş məhkumlar SAXLANILDI
Qayda pozan piyadanın vecsizliyi sürücünün diqqətindən yayınmadı - VİDEO
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - VİDEO
Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
Xaçmazda quma batan maşını çıxarmağa gələn texnikalar da batdı - VİDEO
Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir - VİDEO
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü















