Banner

Serbiyada avtomobil yollarından istifadə haqqı artırılacaq

Yeniliklər 29 Noyabr 2026 15:00
Serbiyada avtomobil yollarından istifadə haqqı artırılacaq
WhatsApp kanalımıza abunə olun

Serbiyada avtomobil yollarından istifadə haqqı (putarina) 2027-ci il yanvarın 1-dən etibarən təxminən 4 faiz artırılacaq.

Avtosfer.az xəbər verir ki, Serbiya hökuməti dövlət avtomobil yollarından istifadəyə görə yeni tarifləri açıqlayıb.

Ödənişlərin məbləği nəqliyyat vasitələrinin kateqoriyasından asılı olaraq dəyişəcək.

Yeni tariflərə əsasən, minik avtomobillərinin aid olduğu I kateqoriya üzrə hər kilometr üçün ödəniş 5,6065 Serbiya dinarı (təxminən 0,048 avro) təşkil edəcək. Motosikletlərin daxil olduğu IA kateqoriyası üzrə isə bu məbləğ 2,8031 dinar (təxminən 0,024 avro) olacaq.

Hesablamalara görə, I kateqoriyalı avtomobillər üçün 100 kilometrlik məsafə üzrə yol haqqı 560,65 dinar (təxminən 4,77 avro), 200 kilometr üçün isə 1 121,30 dinar (təxminən 9,53 avro) təşkil edəcək.

Qeyd edək ki, yeni tariflər hazırda qüvvədə olan qiymətlərlə müqayisədə təxminən 4 faiz yüksəkdir./report

Oxunub : 62
ŞƏRH YAZ
Ad

E-mail

Şərh