"Real"ın futbolçularına və Mourinyoya bahalı maşınlar verildi

Almaniyanın məşhur BMW avtomobil konserni İspaniyanın “Real Madrid” klubunun futbolçularına və baş məşqçisinə bahalı avtomobillər təqdim edib.
Avtosfer.az xəbər verir ki, bu ənənə artıq beş ildir davam edir.
Klubun hər bir üzvünə BMW şirkətinin təklif etdiyi avtomobillər arasından istədiyi modeli seçmək imkanı yaradılıb.
Futbolçular üçün ən populyar model 197 min avro dəyərində olan hibrid BMW XM Label olub. Komandanın 15 futbolçusu məhz bu avtomobili seçib.

Avtomobil 100 km/saat sürəti 3,8 saniyəyə yığır və elektrik enerjisi ilə 88 kilometrədək məsafə qət edə bilir.
Üç övladı olan Mark Kukurelya isə BMW X7 M60i modelinə üstünlük verib.
Hədiyyələrlə yanaşı, bu həftə Joze Mourinyonun rəhbərlik etdiyi komanda üçün uğurlu olub. Madrid təmsilçisi UEFA Çempionlar Liqasının ümumi mərhələsinin turnir cədvəlində vahid liderə çevrilib./lent.az
Avtobusda ən təhlükəsiz yer HANSIDIR?
Avropa Çin avtomobillərinə qarşı tədbir görmür - Tramp
Bakının ən sıx rayonu hansıdır? - Rəqəmlər TƏƏCCÜBLƏNDİRİR
Sürdüyünüz avtomobillərə niyə məhz bu adlar verildiyini bilirsiniz? – MARAQLI FAKTLAR
Bakı metrosunun yeraltı sirri açılır: 30 illik layihə tamamlanır – DETALLAR
Avtomobilin hava yastığından cadu çıxdı; alıcı maşını almaqdan imtina etdi – VİDEO
Avtomobilin rəngi qəza riskinə təsir edir: Ən təhlükəsiz rəng hansıdır?
Elektrikli avtomobillər üçün maraqlı yenilik: Günəş paneli quraşdırılır
Yeni qaydalar avtomobilləri bahalaşdıracaq: Hər maşına əlavə 11 min manat xərc
Bakının ən uzun avtobus marşrutu neçə kilometrdir? – MARAQLI RƏQƏMLƏR
Çoxuşaqlı ailələr üçün pulsuz PARKLANMA











