Banner

İrəvanda hərəkətdə olan avtomobil partladı

Hadisə 29 Noyabr 2026 12:48
İrəvanda hərəkətdə olan avtomobil partladı
WhatsApp kanalımıza abunə olun

Ermənistanın paytaxtı İrəvanda hərəkətdə olan "Range Rover" markalı avtomobildə partlayış olub.

Avtosfer.az Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Partlayışdan sonra avtomobildə yanğın başlayıb. Maşın tamamilə yanıb.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Yanmış və yaxınlıqda zədələnmiş avtomobillərin sahiblərinin, eləcə də xəsarət alanın kimliyi müəyyənləşdirilir.

Oxunub : 52
ŞƏRH YAZ
Ad

E-mail

Şərh