Banner

Hərbi xidmətə getməyənlər HƏBS OLUNA BİLƏR

Xəbərlər 25 Sentyabr 2026 16:48
Hərbi xidmətə getməyənlər HƏBS OLUNA BİLƏR
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda hərbi xidmətə çağırışdan yayınma halları ilə bağlı məsuliyyət məsələsi zaman-zaman gündəmə gəlir. Xüsusilə üzrlü səbəb olmadan çağırışdan boyun qaçıran şəxslərin hansı hüquqi məsuliyyətlə üzləşə biləcəyi maraq doğurur.

Bəs hərbi xidmətə getməyi gecikdirən şəxslər hansı hallarda həbs oluna bilər?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, qanuni əsas olmadan hərbi xidmətə getməkdən boyun qaçırmaq cinayət məsuliyyətinə səbəb ola bilər.

Üzeyir Cəfərova Polkovnik hərbi rütbəsi verildi | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

Ekspertin sözlərinə görə, çağırışdan faktiki olaraq yayınan şəxslə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür:

“Əslində qanuni əsas yoxdursa və şəxs hərbi xidmətə getməkdən boyun qaçırırsa, əlbəttə ki, bu, cinayət məsuliyyəti yaradır. Çağırışdan faktiki olaraq boyun qaçıran şəxs barəsində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq müddəalarına əsasən araşdırma və hüquqi tədbirlər həyata keçirilə bilər. Belə hallarda azadlıqdan məhrumetmə də mümkündür”.

Üzeyir Cəfərov qeyd edib ki, hərbi xidmətə çağırışın gecikdirilməsi üçün tutarlı və qanuni əsasların olması isə vəziyyəti dəyişir. Onun sözlərinə görə, tibbi komissiyanın rəyi də bu məsələdə əsas amillərdən biridir:

“Əgər şəxsin hərbi xidmətə getməsini gecikdirən tutarlı əsasları varsa, bu, tamam başqa vəziyyətdir. Hərbi xidmətə yalnız tibbi komissiyanın rəyi əsasında yararlı hesab edilən şəxslər göndərilir. Bu məsələlər qanunla tənzimlənir”.

Ekspert vurğulayıb ki, çağırışla bağlı öhdəliklər həm aidiyyəti dövlət qurumlarının vəzifələrini, həm də çağırışçının üzərinə düşən məsuliyyəti əhatə edir. Onun sözlərinə görə, qanun pozuntusunun xarakterindən asılı olaraq müxtəlif məsuliyyət tədbirləri tətbiq oluna bilər.

“Bu məsələlər davamlı və ağır formada pozuntuya çevrilərsə, daha ciddi nəticələr yaranacaq. Həbs isə ən son variantdır. Bundan əvvəl xəbərdarlıq, inzibati məsuliyyət və cərimə kimi tədbirlər də nəzərdə tutulur. Şəxsə belə hallarda müəyyən məsuliyyət daşıdığı barədə məlumat verilir”, – deyə Üzeyir Cəfərov əlavə edib.

 

Oxunub : 266
ŞƏRH YAZ
Ad

E-mail

Şərh