Krediti olanların diqqətinə! — Borcu dondurmaq üçün...

İqtisadi çətinliklər və müxtəlif səbəblərdən bəzi hallarda kredit ödənişlərinin müəyyən müddətə dayandırılması, yəni kreditin dondurulması gündəmə gəlir. Lakin kreditin bərpa olunması zamanı borcun məbləğinin necə hesablanması, faizlərin əvvəlki şərtlərlə davam edib-etməməsi və həmin müddətdə inflyasiyanın nəzərə alınıb-alınmaması istehlakçılar üçün əsas məsələlərdəndir.
Kredit hansı hallarda dondurula bilər və kredit ödənişləri bərpa olunarkən həmin müddətdəki inflyasiya faizlərə və borcun ümumi məbləğinə təsir edirmi?
Avtosfer.az xəbər verir ki, bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda ölkə bazarında və ya bank sistemində belə bir praktika yoxdur, yəni kreditin dondurulması və yaxud müəyyən müddətə fasilə verilməsi tətbiq edilmir.
Onun sözlərinə görə, həm qanunvericilikdə, həm də praktikada belə bir hal olmadığına görə, kreditin dondurulduqdan sonra hansı formada davam etdirilməsi barədə konkret bir qayda və ya mexanizm mövcud deyil:
“Kreditin restrukturizasiyası var. Burada daha mülayim şərtlərlə, əvvəlkindən daha aşağı ödənişlərlə və daha uzun müddətə kreditin verilməsi təcrübəsi mövcuddur. Bundan başqa, kredit götürərkən müəyyən dövr üzrə – 3 ay, 6 ay, hətta 1 ilə qədər güzəşt müddətinin verilməsi də nəzərdə tutulur. Bu isə müqavilə şərtləri ilə tənzimlənir”.
Ekspert hazırda bu formalarda yüngülləşdirici halların mövcud olduğunu qeyd edib:
“Amma kreditin dondurulması praktikası olmadığına görə, onun hansı mexanizm üzrə işləyəcəyi, ümumiyyətlə, faizlərin və müddətin necə tənzimlənəcəyi barədə konkret fikir bildirmək hələ ki mümkün deyil. Gələcəkdə belə bir qayda tərtib olunarsa və prosedur təsdiqlənərsə, sözsüz ki, faizlərin ödənilməsi və hesablanması qaydası, müddətlər və ümumiyyətlə şərtlər həmin qaydalar əsasında tənzimlənə bilər. Yəni o zaman bu barədə konkret fikir bildirmək mümkün olacaq. Hazırda isə ölkə üzrə, həmçinin qanunvericilikdə belə bir praktika yoxdur”.
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq












