Vasif Talıbovun oğlunun Dubaydakı sərvəti: 73 milyonluq malikanə - FOTO

“Naxçıvanın keçmiş “xan”ı Vasif Talıbovun oğlu Rza və Seymurun Dubaydakı çoxsaylı mülkləri hamıya bəllidir. Amma “Dubai Hills”dəki villa istisna olmaqla”.
Avtosfer.az xəbər verir ki, bunu jurnalist Cavanşir Həsənli sosial media hesabında yazıb.

O qeyd edib ki, Rza Talıbovun həm də Dubayın lüks yaşayış kompleksi “Emerald Hills”in (Dubai Hills Estate) rəsmi sakin və sahibi kimi reyestr məlumatlarında çəkilir:

“Dubaydan dərc olunmuş mülkiyyətçi siyahılarına görə, Rza Talıbov eksklüziv “Emerald Hills” qolf meydançası ərazisində ümumi sahəsi 3.386 kv.m sahəsi olan iki torpaq sahəsini alıb və birləşdirib, burada dəbdəbəli villa tikdirib. Söhbət Emerald Hills-P-156 (1.715,53 kv.m) və Emerald Hills-P-157 (1.670,11 kv.m) kimi müəyyən edilmiş torpaq sahələrindən gedir. Reyestr siyahılarında Rza Talıbovun əlaqə nömrəsi də qeyd olunur.

“Emerald Hills” ərazisindən açılan mənzərə əsasən yamyaşıl 18 dəlikli qolf meydançasına (Dubai Hills Golf Club), lüks villalara və uzaq üfüqdə ucalan Bürc Xəlifə ilə Downtown Dubai göydələnlərinə baxır.
Dubayın əmlak bazarı araşdırmasına görə 3.400 m² ölçüsündə olan bir sahənin bazar dəyəri “Emerald Hills” və qonşu ultra-lüks zonaların cari qiymətləri ilə hesablandıqda, boş torpaq üçün təxminən 99 – 123 milyon dirhəm (təxminən 27 – 33,5 milyon dollar), üzərində hazır ultra-lüks malikanə tikildikdə isə 180 – 270 milyon dirhəm və ya təxminən 49 – 73,5 milyon dollar civarında olar”.

Jurnalist bildirib ki, “Vikipediya” məlumatına görə, Rza Talıbov hələ də Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri Baş idarəsinin rəisi vəzifəsində çalışır.



İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - SİYAHI
Pensiyalar təhlükə altındadır? – DSMF-də baş verənlər narahatlıq yaradır
Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ
DTX-dən silahlı birləşməyə qarşı əməliyyat: Həbs edilənlər var - FOTO
Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı
Dövlət qurumlarının iş vaxtı dəyişdi: İki aylıq sınaq tıxacı azaltdımı?
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT












