Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir - VİDEO

Bakının tarixi mərkəzində avtomobillərin hərəkəti artıq fərqli üsullarla tənzimlənir. İçərişəhərdə sakin olmayan sürücülər üçün ilk 15 dəqiqəlik giriş haqqı üç manat təşkil edir.
Avtosfer.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Xaqani bağı ətrafında isə əvvəllər yalnız həftəsonları tətbiq olunan hərəkət məhdudiyyəti artıq həftənin bütün günlərinə şamil edilib.
Bu prosesin daha da genişləndiriləcəyi gözlənilir. Belə ki, paytaxtda sürücülərdən avtomobillərini park etmədən, sadəcə müəyyən əraziyə daxil olduqlarına görə ödəniş tutula bilər.
Qanunvericiliyə təklif edilən dəyişikliyə əsasən, girişin ödənişli olacağı zonalar və müvafiq tariflər səlahiyyətli qurum tərəfindən təsdiqlənəcək.
Yeni layihə çərçivəsində konkret ünvanlar açıqlanmasa da, ekspert Elnur Fərzəliyev mümkün ərazilərdən biri kimi Yasamal rayonundakı keçmiş "Sovetski" ərazisini göstərir.
Ekspertin sözlərinə görə, dünyanın bir çox iri və inkişaf etmiş şəhərlərində bu təcrübədən geniş istifadə olunur. Məsələn, Londonda müəyyən saatlarda şəhərin mərkəzindəki ödənişli zonada avtomobil idarə etməyin gündəlik haqqı 18 funt sterlinq təşkil edir. Bəzi şəhərlərdə isə müəyyən edilmiş küçələrə daxil olan minik avtomobillərindən gündə bir dəfə ödəniş tutulur.
Layihəyə əsasən, giriş haqqından əldə olunan vəsait dövlət büdcəsinə köçürüləcək.
Ödənişin konkret hansı küçələrdə və nə vaxt tətbiq olunmağa başlanacağı isə hələlik açıqlanmayıb.
Vasif Talıbovun oğlunun Dubaydakı sərvəti: 73 milyonluq malikanə - FOTO
İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - SİYAHI
Pensiyalar təhlükə altındadır? – DSMF-də baş verənlər narahatlıq yaradır
Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ
DTX-dən silahlı birləşməyə qarşı əməliyyat: Həbs edilənlər var - FOTO
Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı
Dövlət qurumlarının iş vaxtı dəyişdi: İki aylıq sınaq tıxacı azaltdımı?
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı











