Məhkəmə Afət Fərmanqızına qadağa qoydu

Xəbərlər 11 Sentyabr 2026 13:53
Məhkəmə Afət Fərmanqızına qadağa qoydu
WhatsApp kanalımıza abunə olun

Bloger Sevinc Hüseynovanın müğənni Afət Fərmanqızı barəsində məhkəməyə verdiyi ərizəyə baxılıb. 

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Füzuli Rayon Məhkəməsində keçirilən prosesdə ərizəyə baxış zamanı qərar qəbul edilib. 

Qərara əsasən, ərizəçi Hüseynova Sevinc Bağman qızı barəsində yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək həqiqətə uyğun olmayan, böhtan xarakterli, şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatların kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, digər kütləvi informasiya vasitələrində, şəxsi hesablarında va digər hesablarda yayılması cavabdeh Afət Fərmanqızına qadağan edilsin.

Qərar məhkəmə prosesi yekunlaşanadək qüvvədədir. Qərara riayət edilmədiyi halda, Sevinc Hüseynovanın barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.

Oxunub : 136
ŞƏRH YAZ
Ad

E-mail

Şərh