Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin işçilərinin say həddi azaldılıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Nazirlər Kabinetinin 2017-ci il 14 noyabr tarixli qərarı ilə müəyyən edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin işçilərinin say həddi 430 nəfərdən 300 nəfərə endirilib.
Bununla yanaşı, idarənin strukturu da yenidən müəyyənləşdirilib.
Yeni struktura aşağıdakılar daxil edilib:
- “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (departamentlər və şöbələr);
- Muzey və Turizm Mərkəzi;
- Ənənəvi İncəsənət Mərkəzi.
Qərarla həmçinin əvvəlki sənədlərə bir sıra digər dəyişikliklər edilib. Belə ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin adından “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılıb.
Bundan başqa, İdarənin balansına verilən abidələrin, dövlət mülkiyyətinə məxsus qeyri-yaşayış binalarının, tikililərin və binaların qeyri-yaşayış sahələrinin siyahısında 22-ci və 27-ci hissələr ləğv edilib.
Qərarla idarənin Aparatında vəzifə adlandırılmalarına da dəyişiklik olunub. Belə ki, müvafiq cədvəllərdə “Şöbə” sözü “Departament” sözü ilə, “Sektor” sözü isə “Şöbə” sözü ilə əvəzlənib.
Qərar 8 sentyabr 2026-cı ildə imzalanıb.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












