"Moyka"lara xarici qəpiklər atılır - VİDEO

Bəzi sürücülər avtoyuma məntəqəsində aparata 50 qəpik əvəzinə başqa ölkələrin qəpiklərini atırlar...
Avtosfer.az Xəzər Tv-yə istinadən xəbər verir ki, avtoyuma məntəqəsinin sahibi sürücülərin bu addımından şikayətlənir. Bu barədə video paylaşan Vüsal Rzayev bildirir ki, təxminən 4 ildir fəaliyyət göstərən məntəqədə belə hallarla mütəmadi olaraq qarşılaşır.
Onun sözlərinə görə, müştərilər xarici metal pulla aparatı yanıltmağa çalışsalar da, bu cəhd uğurlu olmur.
O bildirib ki, avtoyuma məntəqəsində zaman-zaman maraqlı və gülməli hadisələr də yaşanır.
Vüsal Rzayev bildirib ki, paylaşdığı videoya gələn rəylərdən məlum olub ki, bu halla üzləşən təkcə o deyil.
Onun sözlərinə görə, digər 50 qəpiklə işləyən avtoyuma məntəqələrində də ölçüsü və forması 50 qəpiyə bənzəyən xarici ölkələrin metal pullarından istifadəyə cəhd edənlər olur.
“Biletim.az” portalında yeni ödəniş imkanları yaradıldı
Bakı-Sumqayıt yolunda tıxac probleminin həllinə dair yeni plan - FOTO
Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir - VİDEO
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI
Baş nazir qərar İMZALADI: Veteranlar bu işlərə cəlb ediləcək — DETALLAR
Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumundan iddialara CAVAB
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - VİDEO
18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI












