Naxçıvanda dəhşətli cinayət: Nənə nəvəsini boğaraq ÖLDÜRÜB

Naxçıvanda yeni doğulan körpəni öldürən 1974-cü il təvəllüdlü K.S.-nin məhkəmə prosesi başa çatıb.
Avtosfer.az Xitab24.az-a istinadla xəbər verir ki, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dəhşətli faktlar üzə çıxıb.
Məlum olub ki, qadının öldürdüyü körpəni onun öz qızı dünyaya gətirib. 52 yaşlı təqsirləndirilən şəxsin cinayət törətməsinə səbəb isə körpənin nikahdankənar doğulması olub.
Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində doğulan uşaq evə aparılarkən avtomobildə boğularaq öldürülüb. Qadın uşağın səsinin eşidilməməsi üçün sürücüdən maqnitofonun səsini artırmasını istəyib.
Körpəni üzüstə çevirən qadın uşağın ağız və burun nahiyəsini sağ qolunun iç səthinə sıxmaqla onun nəfəs almasına mane olub, təxminən 10-15 dəqiqə həmin vəziyyətdə saxlayaraq cinayət əməlini həyata keçirib.
Babək rayonundakı kəndə çatdıqdan sonra isə təqsirləndirilən şəxs uşağın meyitini əvvəlcə yardımçı tikilidə gizlədib, daha sonra həyətdəki tualet quyusuna atıb.
Sonradan əməli ifşa olunan qadın el içində rüsvay olmamaq üçün bu yola əl atdığını bildirib.
Sonda K.S. Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi üzrə təqsirli bilinib. Oğlan nəvəsini qəsdən öldürən nənə 14 il müddətinə azadlıqdan məhrum edilib.
Bəzi magistral yollarda görünüş məsafəsi azalacaq
Mərkəzi Asiyadan Hind okeanına: Yeni nəqliyyat qovşağına çevrilən region - FOTO
Azərbaycanda ən qocaman vəzifəli şəxslər kimlərdir? - SİYAHI
Ramiz Mehdiyevlə bağlı 20 illik MƏXFİ DOSYE AÇILDI - SENSASİYA
Tovuzda yolda sürüşmə: Hərəkət çətinləşdi - VİDEO
Prezidentdən Əhməd Vəliyevlə bağlı SƏRƏNCAM
“Biletim.az” portalında yeni ödəniş imkanları yaradıldı
Bakı-Sumqayıt yolunda tıxac probleminin həllinə dair yeni plan - FOTO
Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir - VİDEO
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT











