Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmirə məxsus “Aydəmir Entertainment” şirkəti ilə yeni müqavilə bağlayıb.
Avtosfer.az xəbər verir ki, müqavilədə “Çar Skiflər - İşquz Dövləti” tammetrajlı bədii-sənədli filminin post-prodakşn mərhələsində (tamamlanma) 3 hissəli geniş variantının hazırlanması xidmətlərinin və hüquqlarının satın alınması nəzərdə tutulub.
Müqavilənin maliyyə dəyəri 200 600 manat müəyyənləşib.
Xatırladaq ki, ARKA bu ilin əvvəlində də “Çar skiflər: Aşquz dövləti” adlı tammetrajlı bədii-sənədli filmin istehsalı ilə bağlı “Aydəmir Entertainment” şirkəti ilə 657 000 manat dəyərində müqavilə bağlayıb.
Qeyd edək ki, audiovizual sənaye sahəsində fəaliyyət göstərən “Aydəmir Entertainment” şirkəti 2024-cü ilin dekabrın 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri və qanuni təmsilçisi tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir Rauf oğludur. (İqtisadiyyat.az)
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












