Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO

8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) noyabrın 6-dan 10-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.
Bildirilib ki, bayram günlərində sərnişin axını nəzərə alınaraq marşrutlar üzrə avtobusların hərəkət intervalına və sürücülərin təhlükəsizlik qaydalarına əməl etməsinə xüsusi nəzarət olunacaq.
Sərnişin sıxlığının qarşısını almaq məqsədilə xətlərə əlavə avtobusların buraxılması da təmin ediləcək.
Vətəndaşlar biletləri avtovağzalın kassalarından və ya “biletim.az” portalından əldə edə bilərlər.
Qeyd edək ki, portal vasitəsilə 61 məntəqəyə 97 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 379 reys üzrə 426 nəqliyyat vasitəsi qoşulub.
Sərnişinlərə rahat və təhlükəsiz səfər üçün biletləri əvvəlcədən onlayn əldə etmək tövsiyə olunur.
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI













