Özündən 31 yaş kiçik həyat yoldaşı ilə belə görüntüləndi - FOTOLAR

Hollivudun məşhur aktyoru Nikolas Keyc Los-Ancelesdə qatıldığı tədbirdə dəyişən görünüşü ilə diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, 62 yaşlı aktyor “Lucas Museum of Narrative Art”ın açılış gecəsində 31 yaşlı həyat yoldaşı Riko Şibata ilə birlikdə kameralar qarşısına çıxıb.
İllərdir tünd saçları ilə tanınan Keyc bu dəfə tamamilə ağarmış saçları və saqqalı ilə görünüb.
Keyc və Şibata qırmızı xalçada əl-ələ dayanıblar. Aktyor tədbirdə mavi smokinq pencəyi, ağ köynək, qara şalvar və günəş eynəyi taxıb. Şibata isə gecə üçün ağ geyim seçib.
Aktyorun yeni görünüşü bir neçə ay əvvəlki görüntülərindən fərqlənib. Keyc iyunda Los-Ancelesdə keçirilən tədbirlərdən birində daha tünd saçlarla kameralar qarşısına çıxmışdı.
Qeyd edək ki, Nikolas Keyc və Riko Şibatanın münasibəti aktyorun Yaponiyada film çəkilişləri zamanı başlayıb. Cütlük 2021-ci ilin fevralında Las-Veqasda özəl mərasimlə evlənib. Onların Avqust Françeska adlı qızı 2022-ci ilin sentyabrında dünyaya gəlib.
Riko Şibata Keycin beşinci həyat yoldaşıdır. Aktyor bundan əvvəl Patrisiya Arkett, Liza Mari Presli, Elis Kim və Erika Koyke ilə evli olub. Keycin əvvəlki münasibətlərindən Veston və Kal-El adlı iki oğlu da var.


“Biletim.az” portalında yeni ödəniş imkanları yaradıldı
Bakı-Sumqayıt yolunda tıxac probleminin həllinə dair yeni plan - FOTO
Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir - VİDEO
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI
Baş nazir qərar İMZALADI: Veteranlar bu işlərə cəlb ediləcək — DETALLAR
Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumundan iddialara CAVAB
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - VİDEO
18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI











