Xəzərdən gələn pis qoxunun səbəbi nədir? – Bulvar İdarəsindən AÇIQLAMA

Xəzər dənizinin sahilində, xüsusilə Dənizkənarı Bulvar ərazisində son vaxtlar pis qoxunun gəlməsi ilə bağlı vətəndaşların şikayətləri səslənir. Sakinlərin sözlərinə görə, dənizə yaxınlaşdıqca qoxu daha çox hiss olunur.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva açıqlama verib.
O bildirib ki, son illər Xəzər dənizinin su səviyyəsinin enməsi və ümumilikdə ekoloji vəziyyəti dövlətin gündəliyində olan məsələlərdəndir.
“Məhz bu çərçivədə bu ilin əvvəlində Nazirlər Kabinetində Xəzər dənizinin, o cümlədən Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş iclas keçirilib və bu istiqamətdə müvafiq tapşırıqlar müəyyən edilib.
Həmin tapşırıqlardan irəli gələn tədbirlər çərçivəsində Bakı buxtasının Dənizkənarı Milli Park ərazisinə aid akvatoriyasının ekoloji vəziyyəti ilə bağlı müxtəlif tədbirlərin istiqaməti müəyyən olunub.
Bu istiqamətlərə uyğun olaraq, Bakı buxtasının Dənizkənarı Milli Parkın akvatoriyasına düşən hissəsində suyun müxtəlif üzvi tullantılardan, neft ləkələri və qalıqlardan təmizlənməsi işlərinin aparılması məqsədilə Dənizkənarı Bulvar İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti arasında müvafiq müqavilə bağlanıb.
Bağlanmış müqaviləyə əsasən, FHN-in Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti tərəfindən suyun səthində toplanmış neft ləkələrinin və müxtəlif tullantıların, həmçinin ətraf ərazilərin təmizlənməsi istiqamətində işlər aparılır.
Son illər ərzində dəniz suyunun səviyyəsinin aşağı enməsi suyun səthinin təmizlənməsi zamanı xüsusi qurğu və avadanlıqlardan istifadəni şərtləndirir. Belə ki, artıq dayazlaşmanın müşahidə olunduğu bəzi sahilyanı yerlərdə ənənəvi olaraq istifadə edilən qayıq və katerlərin əvəzinə xüsusi təmizləyici qurğulardan istifadə olunur”, – deyə Əfsanə Mehdiyeva qeyd edib./ekologiya.az
Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır










