Zəngəzur dəhlizi açılandan sonra Azərbaycandan İrana ikinci dəmir yolu xətti AÇIQLACAQ

"Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq".
Avtosfer.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə zamanı bildirib.
"Bu yolun əhəmiyyəti dediyim kimi, təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Çünki qeyd etdiyim kimi, bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq. Çünki bu gün Şimal-Cənub nəqliyyat dəhlizi deyəndə adətən Rusiya-Azərbaycan-İran, yəni Astaraya keçid, Astara-Rəşt İran ərazisində layihə nəzərdə tutulur", - Prezident vurğulayıb.
Azərbaycan Prezidenti bildirib ki, Azərbaycan ərazisində bu layihə hazırdır: "Amma Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır. Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır.
Ona görə bu gün strateji nöqteyi-nəzərindən, bundan əvvəl dediyim amillərlə yanaşı, bu amil də çox önəmli rol oynayır. Əlbəttə ki, buradan keçən tutaq ki, 15 milyon ton, bəlkə daha çox yük daha böyük canlanmaya gətirib çıxaracaq. Daha çox iş yerləri açılacaq, iqtisadi fəallıq artacaq və Naxçıvan deyə bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir. Bu, tam mümkündür.
Hamımız yaxşı bilirik, dəfələrlə bu barədə danışmışıq, ölkəmizin açıq dənizlərə çıxışı yoxdur, okeanlara çıxışı yoxdur. Amma bu gün Avrasiya nəqliyyat dəhlizlərinin icrası məsələləri müzakirə olunanda bizi "bypass" etmək, bizdən yan keçmək mümkün deyil. Bax, Naxçıvanın da eyni gələcəyi olacaqdır və əlbəttə ki, bu bizə həm iqtisadi, həm başqa dividendlər gətirəcək".
Prezident bu ŞAD XƏBƏRİN anonsunu verdi
Naxçıvanda 420 kilometr uzunluğunda yolların çəkilişi və təmiri NƏZƏRDƏ TUTULUB
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - FOTO
İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub - FOTO - YENİLƏNİB
Naxçıvandakı "Əcəmi seyrangahı" istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb - FOTO
Prezident elektrik avtobuslarına baxış keçirib, dəmiryolu infrastrukturu ilə tanış olub - FOTO - VİDEO
Paytaxtın iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Prezident Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub - FOTO - YENİLƏNİB
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub - FOTO - VİDEO - YENİLƏNİB
Prezident Naxçıvanda “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olub - FOTO - VİDEO - YENİLƏNİB
Azərbaycanda daha bir universitet BAĞLANIR?










