Çirkli hava orqanizmə belə təsir edir: Xərçəng təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

Havanın tozlu, çirkli və qeyri-sabit keçməsi insan sağlamlığına mənfi təsir göstərə bilər. Xüsusilə atmosferdə zərərli hissəciklərin, sənaye tullantılarının və ağır metalların normadan artıq olması tənəffüs sistemi xəstəliklərinin yaranması riskini artırır.
Bəs belə hava şəraiti xərçəng hüceyrələrinin yaranmasına və inkişafına təsir göstərə bilərmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, havanın çirklənməsi onkoloji xəstəliklərin yaranmasına təsir edən mühüm risk faktorlarından biridir.
Onun sözlərinə görə, xüsusilə havada zərərli hissəciklərin yüksək konsentrasiyası tənəffüs sistemi, o cümlədən ağciyər xərçəngi baxımından ciddi narahatlıq doğurur:
“Bilirik ki, Bakı, Hindistan və İran kimi bəzi ərazilərdə havanın tərkibində toz və zərərli hissəciklərin miqdarı normadan yüksəkdir. Bu baxımdan əsas risk tənəffüs yolları xərçəngi, xüsusilə də ağciyər xərçəngi ilə bağlıdır.
Tozlu və çirkli havada insan orqanizmi üçün zərərli maddələrin miqdarı artır. Bəzi ölkələrdə zavod və fabriklərin fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı qərarların qəbul edilməsinin səbəblərindən biri də məhz budur. Çünki sənaye müəssisələrindən atmosferə atılan tullantıların tərkibində müxtəlif zərərli maddələrin və ağır metalların yüksək miqdarda olması ağciyər xərçənginin yaranması baxımından ciddi risk faktoru hesab olunur”.
Həkimin sözlərinə görə, havanın çirklənməsi xüsusilə uzun müddət belə mühitdə yaşayan və tənəffüs sistemi həssas olan insanlar üçün daha böyük risk yaradır.
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












