"Toyota" ABŞ-də yarım milyondan çox avtomobili GERİ ÇAĞIRIR

Yaponiyanın "Toyota" avtokonserni ABŞ-də 508 000-dən çox avtomobili geri çağırır. Buna səbəb cihaz panelinin mühüm təhlükəsizlik məlumatlarını göstərməməsidir ki, bu da qəza və xəsarət alma riskini artırır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Reuters" nəşri ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat verib.
"Mühərrikin işə salınması zamanı cihaz paneli displeyində yaranan nasazlıq təcili siqnalizasiyanın, dönmə göstəricilərinin, bərkidilməmiş təhlükəsizlik kəmərləri xəbərdarlığı sisteminin və smart-açarın işə düşməsi xatırlatmalarının söndürülməsinə səbəb ola bilər", - deyə məlumatda qeyd edilib.
Nəşrin məlumatına görə, geriçağırma 2025-2026-cı il buraxılışı olan bəzi "Camry Hybrid" modellərinə şamil ediləcək. Nasazlığın aradan qaldırılması çərçivəsində dilerlər, həmçinin displeyin proqram təminatını da pulsuz yeniləyəcəklər.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












