Bakıda yeniyetmələr elektron qəlyana görə bir-birinin qanını tökdülər

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən S.S.-nin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az Oxu.Az istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindiriliblər.
Şahid, zərərçəkən Ə.N.-in nənəsi olduğunu deyib:
"Bizim evlərimiz bir-birinə yaxın məsafədə yerləşir, qonşuyuq. Həmin gün qızımın evində idim, nəvəm də evdə idi. İşim olduğu üçün evimə qayıtmalı oldum. Mən ehtimal edirəm ki, bu, (təqsirləndiriləni nəzərdə tutur - red.) mənim nə vaxt o evdən çıxacağımı güdüb. Evimə təzəcə çatmışdım ki, səs-küy eşidib pəncərəmdən baxanda S.S.-nin əlində bıçaqla yerə yıxılmış N.-in başının üstündə dayandığını, onu döydüyünü gördüm. Ağlım başımdan çıxdı, hay salıb yola tərəf qaçdım".
Digər şahid Ə.Z. hadisə günü S.S.-nin Ə.N.-lə əlbəyaxa olduğunu gördüyünü bildirib:
"Evimdə idim. Bir qadının "ay aman, kömək edin" deyə qışqırdığını eşidib tez çölə qaçdım. Yaxınlaşanda gördüm ki, N.-ə zərbələr endirir. N. də çabalayıb qışqırır, kömək istəyirdi. Mən qışqırıb onlara tərəf qaçmağa başladım. Hay-küyə, qışqırığa insanlar toplaşanda S.S. tez qaçıb getdi. N.-i qucağıma alıb qapılarının ağzına gətirdim, "102"yə zəng elədim".
Növbəti proses sentyabrın 1-nə təyin olunub.
Xatırladaq ki, hadisə 13 oktyabr 2025-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində baş verib.
İttihamda qeyd olunur ki, təqsirləndirilən şəxs tanışının elektron qəlyanını alıb geri qaytarmayıb.Tərəflər arasında da mübahisə elə bundan sonra baş verib.
Təqsirləndirilən yeniyetmənin bıçaqladığı yeniyetmə isə onun qəlyanını aldığı şəxsin qardaşı olub.
Bir qrup yeniyetmə arasında qanlı insidentlə nəticələnən mübahisənin də əsas predmeti həmin elektron qəlyan olub.
Faktla bağlı cinayət işi başlanılaraq təqsirləndirilən şəxs CM-nin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 29. 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 221.2.1 (xuliqanlıq) maddələri ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO
DİN-in yeni vəzifəsi müəyyənləşib
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO










