Gəncədə restorandakı qətllə bağlı 7 nəfər HƏBS OLUNDU

Gəncədə restoranda baş verən qətlə görə 7 nəfər həbs olunub.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, buna səbəb həmin şəxslərin hadisə baş verən an iaşə obyektində xuliqanlıq əməllərinə yol vermələridir.
Məlumata əsasən, qətl hadisəsi baş verəndən dərhal sonra hüquq-mühafizə orqanlarının əməkdaşları “Günəş” restoranına gəliblər. Polis əməkdaşı qətlin şahidi olan bu gəncləri prokurorluğa ifadə verməyə çağırıb. Lakin onlar üzrlü səbəbləri olmadığı halda ifadə verməkdən boyun qaçırıblar və polisin qanuni tələbinə məhəl qoymayıblar.
Nəticədə həmin gün “Günəş” restoranında doğum günü olan 24 yaşlı şəxs, həmçinin onunla birgə ad gününü qeyd etməyə gələn 26, 23, 31, 21 və ikisi də 28 yaşlı dostları saxlanılaraq, polis şöbəsinə aparılıblar. Onların hər biri barəsində müvafiq protokollar tərtib olunub.
Saxlanılan şəxslərin hər biri hadisə zamanı sərxoş olduqlarını deyiblər. Həmçinin dostlar əməllərindən peşman olduqlarını bildirərək, barələrində yüngül cəza verilməsini istəyiblər.
Məhkəmənin qərarı ilə ad günü olan şəxs özü 25, onun 23 yaşlı bir dostu 5 gün müddətinə, qalan 5 nəfərin hər biri isə 15 gün müddətinə inzibati qaydada həbs olunublar.
Qeyd edək ki, hadisə avqustun 6-da Gəncə şəhəri Z.Hacıyev küçəsində yerləşən "Günəş" restoranında baş verib. Ad günü məclisinə yığışan dostlarla yan otaqdakı şəxslər arasında mübahisə baş verib. Mübahisə zamanı 43 yaşlı Asif Yusifov aldığı bıçaq xəsarətlərindən ölüb. Cinayəti törətməkdə şübhəli bilinən 20 yaşlı M. Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












