Banner

100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO

Öyrənək 6 Noyabr 2026 09:30
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
WhatsApp kanalımıza abunə olun

Son dövrlər mikromobillik vasitələrinin istifadəsi ilə bağlı müzakirələr artmaqdadır. Xüsusilə yüksək mühərrik gücünə və sürət imkanlarına malik elektrik nəqliyyat vasitələrinin velosiped və skuter zolaqlarında hərəkəti təhlükəsizlik baxımından suallar yaradır.

Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə mühərrik gücü 8000 Vt (8 kVt), maksimal sürəti isə saatda 100 kilometr olan nəqliyyat vasitəsi diqqət çəkib.

Paylaşım müəllifi hesab edir ki, bu cür texnikaların mikromobillik vasitəsi kimi qiymətləndirilməsi düzgün deyil. Onun fikrincə, yüksək sürət və mühərrik gücünə malik belə nəqliyyat vasitələri ya qadağan edilməli, ya da qanunvericilik səviyyəsində motosikletlərlə eyni kateqoriyaya aid olunmalıdır.

Bildirilib ki, adi velosiped və elektrik skuterlərdən fərqli olaraq, saatda 100 kilometr sürət yığa bilən nəqliyyat vasitələrinin velosiped zolaqlarında hərəkəti ciddi təhlükə yarada bilər. Belə vasitələrin velosiped və aşağı sürətli mikromobillik istifadəçiləri ilə eyni zolağı bölüşməsi qəza riskini artırır.

Bu cür güclü və sürətli texnikaların velosiped zolaqlarında hərəkətinə icazə verilməməli, onların istifadəsi üçün ayrıca hüquqi tələblər müəyyənləşdirilməlidir.

Qeyd edək ki, nəqliyyat vasitələrinin hansı kateqoriyaya aid edilməsi yalnız xarici görünüşünə görə deyil, mühərrik gücü, maksimal konstruktiv sürəti və qanunvericilikdə müəyyən edilmiş texniki meyarlar əsasında müəyyənləşdirilməlidir. Bu baxımdan yüksək sürətli elektrik vasitələrinin hüquqi statusunun dəqiqləşdirilməsi yol hərəkəti təhlükəsizliyi baxımından əhəmiyyətlidir.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://bax.tv/avto-moto-xeberler/100-km-saat-suret-yigan-elektrik-vasitesi-velosiped-zolaginda-hereket-ede-biler-228546

 

 

Oxunub : 246
ŞƏRH YAZ
Ad

E-mail

Şərh